Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmirin mərkəzi bazarında yerləşən “Şəki” restoranında orada ofisiant işləyən şəxslə aşpaz arasında dava olub. Dava-dalaş zamanı hər iki şəxs bir-birini bıçaqlayıb. Onlar müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi və digər məqamlar barədə ətraflı məlumat verilmir. Olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.