Daxili İşlər Nazirliyi Qazaxda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb.
525.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 10-da Qazax rayonunun 2-ci Şıxlı kəndində Musa Musayev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Gülşadı balta ilə qətlə yetirib cəsədini yandırıb. M.Musayev könüllü olaraq Qazax RPŞ-yə gələrək təslim olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.