https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
search
26 İyul 2026
25 İyul 2026
24 İyul 2026

"Neftçi"nin rəqibləri müəyyənləşdi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" klubu iyunun 12- təlim məşq toplanışı üçün Türkiyəyə gedəcək. Paytaxt təmsilçisi hazırlığın ilkin mərhələsində iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Bu barədə Qol.Az saytına açıqlama verən klubun mətbuat ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, artıq "Neftçi"nin rəqibləri məlum olub.

"Bir neçə klub yoxlama oyunu ilə bağlı bizə müraciət edib. Ancaq hələlik iki komanda ilə qarşılaşacağımız dəqiqləşib. Onlarda biri Gürcüstanın "Çixura" klubudur. Digəri isə Səudiyyə Ərəbistanını təmsil edən "Əl Tavon"dur".

Qeyd edək ki, "Neftçi" təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada davam etdirəcək. Ölkə kubokunun son qalibi orada da bir neçə yoldaşlıq oyunu keçirməyi nəzərdə tutub.

 

 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.