
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşa tarixi ingilis dilində” adlı layihənin icrasına başlayıb.
Bu barədə 525.az-a ictimai birliyin sədri Şəhla Nağıyeva məlumat verib.
O, bildirib ki, bundan əvvəl “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film hazırlayıb:
"İctimai Televiziyanın bazasında çəkilən film artıq televizyada yayımlanıb. Şuşa şəhərinin salınma tarixinə həsr edilmiş film bu tarixə arxiv sənədləri, dünyaca məşhur yazıçı və tarixçilərin əsərləri əsasında işıq salır.
İctimai birlik yeni layihə çərçivəsində həmin filmin ingilis dilində dublyaj edilərək yayılmasını nəzərdə tutur.
Filmin mətninin BBC televiziyasının məşhur aparıcılarından birinin səsləndirməsi planlaşdırılır".


Firuzə Əliyeva



