|
|
|
|

Lənkəranda iki qardaş çayda çimərkən boğulub.
Bu barədə məlumatı APA-nın cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayev verib.
Onun sözlərinə görə, Lerik rayon sakinləri iki qardaş – 21 yaşlı Şadman və 23 yaşlı İlqar Zakir oğlu əsgərovlar ötən gün axşam saatlarında Lənkərançayın rayonun Velədi kəndindən keçən hissəsində çimərkən boğulub.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının səyləri ilə qardaşların meyiti bu gün səhər saatlarında aşkar olunaraq aidiyyəti yerə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



