https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
search
26 İyul 2026
25 İyul 2026
24 İyul 2026

Berti Foqts "DÇ-2014"dəki favoritlərini açıqladı

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliyada təşkil olunacaq dünya çempionatındakı favoritlərini açıqlayıb.

525.az-ın məlumatına görə, Almaniya mətbuatına danışan B.Foqts ölkəsinin yığması ilə yanaşı, Braziliya İtaliyanı da favorit gördüyünü bildirib:

"Almaniya ilə yanaşı, Braziliya İtaliya yığmalarını favorit görürəm. Favoritlər sırasında Fransanı söyləməyə çətinlik çəkirəm. Belçika mənə yaxşı komanda təsiri bağışladı. Həmçinin Çili yığması. Bizimlə oyunda onların yaxşı komanda olduğu görünürdü. İspaniya millisi son dünya çempionatında uğurlu çıxış etdi. Onlar son görüşdə əla təsir bağışladılar. Ancaq siz ispanlara qarşı ispan futbolu oynaya bilməzsiniz. Onlara qarşı alman futbolu nümayiş etdirmək lazımdır. Topu ispanlardan daha yaxşı özündə saxlamaq lazımdır".

Almaniyalı mütəxəssis eyni zamanda Avropa komandalarının dünya çempionu olmaq şanslarını dəyərləndirib: "Bütün avropalılar bu qitədə oynayan ən yaxşı cənubi amerikalı futbolçuları, braziliyalıları əla tanıyırlar. Məsələn, biz Neymar Dantenin zəif üstün cəhətlərini yaxşı bilirik. Avropalı məşqçilər Braziliyaya qarşı müdafiədə 4 futbolçu ilə necə oynamalı olduqlarını müəyyənləşdiriblər. Daha öncə Cənubi Amerika komandalarını tanımırdıq. İndi isə vəziyyət dəyişib bu Avropa komandaları üçün əlavə üstünlükdür. Əgər indi Avropa komandası çempion olmasa, bir heç vaxt dünya kubokuna sahib çıxmayacaq".

Qeyd edək ki, Berti Foqts ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın xüsusi məsləhətçisi kimi Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.