|
|
|
|

İyunun 10-12 tarixlərində TRT Bakı təmsilçiliyinin altı aylıq iş fəaliyyəti ilə bağlı müşavirə keçirilib.
Türkiyə Radio və Televiziya Qurumu (TRT) Bakı təmsilçiliyinin əməkdaşları İyunun 9-da Qubada toplanıb.
13 ildir ki, Azərbaycan xəbərlərini TRT-in 16 kanalı vasitəsilə Türkiyəyə və dünyanın bir çox ölkəsinə yayımlayan təmsilçilik əməkdaşları, toplantıda 6 aylıq fəaliyyətlərini dəyərləndirib. Həmçinin, açılması planlaşdırılan yeni layihələr müzakitə edilib.
Müşavirədə TRT rəhbərliyinin nümayəndələri də iştirak edib.
Belə ki, TRT-nin Xarici əlaqələr Departamentinin müdir müavini Kərəm Balcı və Azərbaycan Nümayəndələyindən məsul olan Ömər Sayar toplantıda iştirak etmək üçün Azərbaycana gəlib.
Quba Olimpiya mərkəzinin konfrans zalında baş tutan müşavirədə təmsilçiliyin əməkdaşları altı ay ərzində efirə gedən xəbər və verlişlər barədə məlumat veriblər.
Bildirilib ki, ay ərzində Türkiyəyə 40-a yaxın Azərbaycan xəbərləri göndərilir, hər gün TRT Avaz kanalının Avrasya Raporu verilişinə və TRT-nin digər kanallarına 3G vasitəsi ilə canlı bağlantılar gerçəkləşdirilir.
Eyni zamanda təmsilçilik “Röya kimi”, “Azərbaycan ulduzları” , “Qürbətdəki elçilərimiz”, “Can Azərbaycan” kimi verlişlər də hazırlayır.
TRT Avaz kanalında efirə geden bu proqramların həm Türkiyəli, həm də Azərbaycanlı tamaşaçıların böyük rəğbətini qazandığı bildirilib.
Toplantıda TRT Bakı təmsilçiliyinin fəaliyyəti yüksək qiymətləndirilib və gələcəkdə layihələrin sayının daha da artırılacağı qeyd olunub.



