
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Musiqi Günü qeyd edilib.
525.az xəbər verir ki, teatrın yaradıcı kollektivi bayrağımızı dalğalandırmaqla Azərbaycan Dövlət Himnini canlı ifa edib.
Tədbirin keçirilməsində məqsəd ölkəmizin bu çətin və taleyüklü dönəmində həmrəyliyimizi nümayiş etdirərək Azərbaycanın ən ali musiqisi, Dövlət Himni vasitəsilə Ordumuza dəstək olmaqdır.



