Şərqi Afrika ölkələrindən biri olan Tanzaniya, 20 ildən sonra ilk dəfə "Oscar" mükafatlarına namizəd olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tanzaniyalı rejissor Amil Şivjinin “Vuta N'Kuvute” (“Mübarizə”) filmi 95-ci Akademiya Mükafatlarında (Ən yaxşı beynəlxalq film) kateqoriyasında yarışmağa namizədlər arasındadır. Ötən il Toronto Beynəlxalq Film Festivalında premyerası olan film, yazıçı Şəfi Adam Şəfinin eyniadlı romanı əsasında çəkilib. Rejissor Şivji, bunu özü üçün bir şərəf hesab etdiyini bildirib: "Bunlar kiçik addımlar olsa da, Tanzaniya kinoteatrının gələcəyi bizim əlimizdədir".
Qeyd edək ki, "Oscar" üçün namizəd olan film, 1950-ci illərdə evlənmək məcburiyyətində qalan bir Zanzibar qızla inqilabi bir gəncin münasibətinin hekayəsini bəhs edir.
Məhəmməd Tağıyev