|
|
|
|
Ötən həftə Nyu-Yorkda təşkil olunmuş bir konsertdə bəstəkar Türkər Qasımzadənin fleyta və akustik gitara üçün yazdığı "9 rübai" əsəri Nyu-York şəhərində məskunlaşan Ensemble Sans Maitre ansamblının musiqiçiləri Martha Cargo və Jordan Dodson tərəfindən ifa olunub. Tenri Cultural Institute of New-York (Nyu Yorkun Tenri mədəniyyət İnstitutu)-nun zalında keçən həmin konsertdə amerikalı bəstəkarlar Dreyk Anderson və Levis Nelsonun da əsərləri ifa olunub.
Türkərin başqa bir əsəri də ötən bazar günü ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində keçən bir konsertdə səsləndirilib. Bu, postmodern ədəbiyyatın nümayəndəsi kimi məşhur olan İrlandiyalı Samuel Becketin "heç nə üçün musiqi n.4" mətninə yazdığı zərb aləti üçün eyniadlı musiqidir. Əsəri zərb alətləri ifaçısı Dru Dolan ifa edib. Konsertdə T.Qasımzadənin musiqisi ilə yanaşı amerikalı bəstəkarlar Evan Vilyams, Steven Veymer, Daniyel Harrison və başqalarının əsərləri səsləndirilib.
S. Abdullayeva



