|
|
|
|

İspaniyada təxminən 15 milyon avro vergidən yayındığı üçün mühakimə olunan dünya şöhrətli müğənni Şakiranın 8 il həbsi istənilib.
525.az İspaniya mediasına əsasən xəbər verir ki, məhkəmə bu gün kolumbiyalı pop müğənni Şakiranın vergidən yayınma ittihamı ilə işini təsdiqləyib.
İspaniya prokurorları məşhur müğənninin 2012-2014-cü illərdə 14,5 milyon avro vergidən yayınma ittihamı ilə 8 il 2 ay həbs və cərimə oluna biləcəyini bildirib. Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.
Xatırladaq ki, mayda Barselona Məhkəməsi İspaniyada yaşadığı 2012-2014-cü illərdə qazandığı gəlirləri gizlədərək 14,5 milyon avroluq vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd etmiş və 6 fərqli ittihamla mühakimə olunmasına qərar vermişdi.
Malik Atilay



