Bu gün Yasamal rayonu ərazisində Bakı dairəvi yolunda ağır qəza olub.
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, “Shacman” markalı yük avtomobili beton qarışdıran maşınla toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. İki nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.