Pakistanın diplomatik çevrələrində böyük nüfuza malik ingilis dilli “Diplomatik Star” jurnalında tanınmış jurnalist Mohsin Əlinin “Azərbaycanın davamlı inkişafını təmin etmiş lider” adlı məqaləsi dərc edilib.
Səfirlikdən 525.az-a verilən məlumata görə, “15 İyun tarixində Azərbaycan qurtuluş gününü qeyd edir” sözləri ilə başlayan yazıda, Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq böyük çətinliklər vəvətəndaş qarşıdurması ilə üzləşdiyi qeyd olunub. Bildirilib ki, bu mürəkkəb günlərdə Azərbaycan xalqı öz ümidlərini yalnız Heydər Əliyevə bağlayıb. Xalqın israrlı tələbi ilə Ümummilli Lider 1993-cü il 15 iyun tarixindən başlayaraq Azərbaycana rəhbərlik edib və bu gün Azərbaycanlılar tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur.
Məqalədə Mohsin Əli, Heydər Əliyevin demokratik, qanuni və dünyəvi dövlət quruculuğu kursunu seçdiyini qeyd edib. Bildirilib ki, Prezident Heydər Əliyev ölkədə köklü iqtisadi və siyasi islahatlar aparıb, neft strategiyasını müəyyənləşdirib. Heydər Əliyevin Prezidentliyi dövründə, Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edib, dünya ölkələri sırasında özünəməxsus yer tutmağa müvəffəq olub
Yazıda, Ümummilli Liderin parlaq gələcəkli Azərbaycan yaratması ideyalarının onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, bu ideyalara sadiq olan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib, Azərbaycanı dünyada ən yüksək templərlə inkişaf edən ölkələrdən biri edib.
Jurnalist, Azərbaycanlıların Heydər Əliyevin xatirəsini daim əziz tutduğunu, Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş siyasi kursla inamla addımladıqlarını bildirib. Yazıda, Heydər Əliyevin adını daşıyan və ölkənin birinci xanımı,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən rəhbərlik edilən fondun fəaliyyət haqqında məlumat verilib, bu qurumun fəaliyyətinin Ümummilli Liderin Azərbaycanın inkişafı barəsində ideyaların həyata keçirdiyi vurğulanıb.
“DiplomaticStar”-da dərc edilmiş məqalə “Azərbaycan, 15 iyun, 1993-ci il tarixində başlamış yolu ilə inamlı hərəkat edir. Bu gün, daim xalqın gücünə arxalanan, onlara dayaq olan şəxsin adı ilə bağlıdır. Bu gün, Azərbaycanın mübarizlik və qurtuluş rəmzi simvolu kimi xalqın xatirəsindəəbədi yaşayacaqdır ” sözləri ilə yekunlaşıb.
Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.
http://www.statestimes.net/2012/
http://www.statestimes.net/2012/06/political-leader-who-ensured-sustainable-development-of-his-country.html