Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib.
Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində - əsas yolda (Bağırov körpüsünün yaxınlığı) “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan istifadə etmələri tövsiyə olunur.
*** 10.34 Bakının Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.
APA-nın xəbərinə görə, “Mercedes” “BMW” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində yolda böyük tıxac yaranıb. Yol polisi üzü şəhər istiqamətində nəqliyyatın hərəkətini tənzimləməyə çalışsa da, şəhərdən “Koroğlu” metrosu istiqamətində hərəkət tam dayanıb.