|
|
|
|

Oktyabrın 13-də Zaqatala rayonunda tarixi romanlar yazarı, publisist Yunus Oğuz ilə görüş keçirilib.
525.az xəbər verir ki, Şuşa şəhərinin inşasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, Vətən müharibəsinin keçdiyi yol, müharibədən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova, Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Anar Seyidov qonaq qismində iştirak ediblər.
Tədbirin aparıcısı Heydər Əliyev mərkəzinin əməkdaşı Nərmin İbrahimova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.







