
Oskarlı məşhur aktyor, kinorejissor və rejissor Rassel Krou İtaliyanın paytaxtı "Romanın səfiri" olub.
525.az xəbər verir ki, 2000-ci ildə çəkilmiş və bir romalı generalın hekayəsinin danışıldığı "Qladiator" filmi ilə məşhurlaşan və bu filmdən sonra Roma şəhəri ilə xüsusi bir bağı olduğunu bildirən Rassel Krounu Roma Bələdiyyəsi mükafatlandırıb.
Roma Bələdiyyə Başçısı Roberto Qualtierinin ev sahibliyi ilə bələdiyyənin "Giulio Cesare" zalında təşkil edilən mərasimdə Krouya "Roma səfiri" adı verilib və lövhə təqdim edilib. Mərasimdə çıxış edən Qualtieri dünyaca məşhur ulduzun Roma ilə bağına toxunaraq, romalıların da Krouya böyük sevgi ilə yanaşdıqlarını qeyd edib. Krounun iyul ayında sosial media hesabında Romanın simvolu olan Kolizeyi "Mənim Ofisim" adlandıran paylaşımını xatırladan Qualtieri, "Onu ofisində qarşıladım", - deyə zarafat edib.
Məhəmməd Tağıyev



