
Britaniyanın aparıcı müasir rəssamlarından biri olan Damien Hirst yüzlərlə NFT-si satılan əsərlərini yandırmağa başlayıb.
525.az İngiltərə mediasına istinadən xəbər verir ki, Hirstin yandıracağı əsərlərin ümumi dəyəri 10 milyon funt sterlinq olaraq qiymətləndirilir.
Londondakı Newport Street Gallery, əsərləri alan 5.149 nəfərin orijinallara, 4.851 nəfərin isə rəqəmsal sertifikat olaraq bilinən NFT-yə üstünlük verdiyini açıqlayıb.
Əsərlərini yandırmağa başlayan rəssam özünü necə hiss etdiyi sualına: “Özümü çox yaxşı hiss edirəm, gözlədiyimdən də yaxşı”, - cavabını verib.
Qeyd edək ki, Hirst keçən il NFT kolleksiyasına başlamışdı və 10.000 fiziki əsərə bərabər olan 10.000 NFT əsər üzərində işləməyə başlamışdı. Rəngli nöqtələrlə işlənmiş hər bir işin NFT-si 1800 funta satılır.
Malik Atilay



