Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Dinşünaslıq” ixtisası üzrə təhsil alan ΙΙ kurs tələbələri ali təhsil müəssisəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlovanın müşayiəti ilə Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsini ziyarət ediblər.
525.az xəbər verir ki, kilsənin ziyarəti ölkəmizin dini müxtəlifliyinin öyrənilməsi çərçivəsində baş tutub.
Rəbbin Günü ibadətinin sonunda kilsənin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev qonaqları səmimiyyətlə qarşılayıb və tələbələrə “sual-cavab” formatında Xristianlığın yaranması, əsasları, pravoslav kilsəsinin quruluşu, yerinə yetirilən ibadətlər və s. haqqında danışıb. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Dinşünaslıq” ixtisası üzrə təhsil alan ΙΙ kurs tələbələri ali təhsil müəssisəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlovanın müşayiəti ilə Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsini ziyarət ediblər.
Kilsənin ziyarəti ölkəmizin dini müxtəlifliyinin öyrənilməsi çərçivəsində baş tutub.
Rəbbin Günü ibadətinin sonunda kilsənin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev qonaqları səmimiyyətlə qarşılayıb və tələbələrə “sual-cavab” formatında Xristianlığın yaranması, əsasları, pravoslav kilsəsinin quruluşu, yerinə yetirilən ibadətlər və s. haqqında danışıb.
Sevinc Qarayeva