
Bu məşhur kitabı başqa heç yerdə oxuya bilməyəcəksiniz.
Müasir uşaq ədəbiyyatının ən populyar imzalarından biri - məşhur ingilis komiki, aktyor, yazıçı, televiziya aparıcısı Devid Uolyamsın “Quldur nənə”sini Audiokitab mobil tətbiqi tanıdacaq…
Devid Uolyamsın uşaqlar üçün yazdığı hər kitab bestsellerdir. Və müəllifin fikrincə, “Quldur nənə” onun ən maraqlı əsəridir, avtobioqrafikdir, çox əyləncəlidir.
Əsərin qəhrəmanı yaşlı vaxtında oyun qurub nəvəsinin diqqətini, sevgisini qazanmağı bacaran nənədir. İçində gənclik enerjisi var, macəra həvəskarıdır. Yəni min cavana dəyən qocalardandır…
Qəhrəmanların obrazını peşəkar aktyorların səsi ilə canlandıran Audiokitab tətbiqi əslində mobil telefonların ziyayanını faydaya çevirən maarifçi layihədir.
Bir çox naşirlər gələcəyin yeni texnologiyalara bağlı olduğu proqnozlaşdırırlar. Audiokitab mobil tətbiqi həmin o gələcəyə ciddi hazırlıq görür. Belə ki, abunəçilərin mindən artıq kitab dinləmək imkanı var.
Dünyanın ritmi ilə ayaqlaşmayan, özünü dəyişməyə cəhd etməyən kim və nə varsa, tarixə dönür, durğunluqda qalır. Elə “Quldur nənə”nin oxucuya çatdırmaq istədiyi əsas fikir də bundan ibarətdir: diqqət çəkmək istəyirsənsə, hərəkətə gəl.…








