
Fransız model və realiti-şou ulduzu Marine el Himer İslamı qəbul etdiyini bildirərək: "Bu anlar həyatımın ən gözəl günlərini göstərir", - deyib.
525.az xəbər verir ki, el Himer rəsmi "Instagram" hesabından hicablı halda Kəbəni təvaf edərkən məsciddə ibadət kəlamı gətirdiyi videosunu paylaşıb. Başlıqda: "Bu anlar həyatımın ən yaxşı günlərini göstərir", - deyə qeyd edən el Himer aylar əvvəl müsəlman olduğunu açıqlayıb. O, mənəvi səyahətinin onu hər zaman Allaha doğru aparacağına ümid etdiyini dilə gətirib və bu müddət ərzində ona dəstək olan pərəstişkarlarına təşəkkür edib. Başqa bir dinə keçməkdə ayıb olmadığını qeyd edən el Himer, ağlının, qəlbinin və ruhunun razılığı nəticəsində İslamı seçdiyini vurğulayıb. Fransız modelin paylaşımı altında onun pərəstişkarları da bu xəbərdən məmnun olduqlarını və "El Himerin üzü işıqlandı" şərhini yazıblar. Onun pərəstişkarlarından biri: "Məndə Quranı dönə-dönə oxumaq sevgisini oyatdın", - deyib.
Qeyd edək ki, Okean adlı əkiz bacısı və Qaute adlı qardaşı olan el Himerin 1993-cü ildə Fransada doğulub, lakin ailəsinin Mərakeşdən olduğu bildirilir. Fransız mətbuatında el Himerin ögey atasının yanında böyüdüyü, uzun müddət əsl atası və haradan gəldiyi haqqında araşdırmalar apardığı və bu prosesdə İslamla tanış olaraq müsəlman olduğu qeyd edilir.


Məhəmməd Tağıyev



