
"The Verge" tərəfindən əldə edilən bir şirkət sənədinə görə, "Twitter"in gündəlik istifadəçi sayı İlon Maskın platformaya sahib olduğu ilk tam həftə ərzində "bütün zamanların ən yüksək səviyyəsinə" çatıb.
525.az xəbər verir ki, "The Verge"nin əldə etdiyi sənədlərə görə, "Twitter"in pul qazana bilən gündəlik istifadəçisi Mask-ın satın alınmasından sonra 20 faizdən çox sürətlənib.
"Twitter"in satış komandası bu gün reklamçılara göndərdiyi mesajda "Twitter-in ən böyük reklam bazarı ABŞ-da daha da sürətlə böyüyür" deyib.
İlon Mask həmçinin "Twitter"də bazar günü "Twitter"i satın alma müqaviləsi elan edildikdən sonra "istifadəçilərin sayının dünya miqyasında əhəmiyyətli dərəcədə artdığını" qeyd edib.

Malik Atilay



