"Twitter"in yeni sahibi İlon Mask bütün istifadəçilərin ayda 8 dollara "Twitter Blue" abunəçisi kimi "mavi işarə" ala biləcəyini açıqlayıb.
Sosial şəbəkənin mövcud yoxlama sisteminin “lordlar və kəndlilər” sisteminə bənzədiyini söyləyən Maskın planı fərqli reaksiyalara səbəb olarkən "Musk Blue" dövrü isə şirkətə böyük gəlir vəd edir. İlon Mask "Twitter"in aylıq 8 dollara abunəyə başlayacağını açıqlamışdı. Maskın sözləri ilə desək, lordlar, yəni artıq "mavi işarə" olan təsdiqlənmiş hesablar, abunə təklifini qəbul etməsələr, tezliklə təsdiqini itirəcəklər. Lakin əhali bu xidmətdən pulsuz istifadə edə bilməyəcək. Mask mavisi üçün 8 dollar ödənməli olunacaq.
İddianı ilk olaraq "The Verge" texnologiya saytı irəli sürüb. Xəbərdə, İlon Maskın işçilərinə verdiyi ilk ultimatumun mavi işarə sahibliyinin ödənilməsi olduğu açıqlanıb. "The Verge" tərəfindən görülən daxili qeydlərə və məsələ ilə tanış olan insanlara görə, ilkin qərar üzvlük sisteminin 20 dollar olması idi. Dəhşət ədəbiyyatının kult adlarından biri olan Stefan Kinq: "Mavi işarəmi qorumaq üçün 20 dollar? Lənət olsun. Onlar mənə pul verməlidirlər. Bu canlansa, gedəcəm", - deyib. İlon Mask isə iddiaları təkzib etmədən Kinqin reaksiyasına sosial mediada cavab verib: "Hesabları birtəhər ödəməliyik. "Twitter" yalnız reklamlara etibar edə bilməz. Bəs 8 dollar necə?".
Twitter atışmasından sonra Mask öz hesabından 8 dollarlıq mesajı açıqladı. Maskın qərarı sosial mediada müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bu qərarı alqışlasa da, bəzi istifadəçilər bu qərarın tamamilə yeni bir vəsait toplama strategiyası olduğunu bildiriblər. Mask isə tənqidlərə belə cavab verdi: "Şikayətçilər, xahiş edirəm şikayət etməyə davam edin, rüsum 8 dollar olacaq". Maskın qərarına əsasən, "Twitter" abunəsi "Twitter Blue"nun əhatə dairəsini genişləndirərək işə salınacaq.
"Twitter Blue" hazırda ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada mövcuddur. Bu abunə ilə istifadəçilər daha az reklamlara məruz qalır və daha uzun videolar əlavə edə bilərlər. Maskın yeni mavi planına uyğun olaraq, bu üzvlük sistemi bütün dünyada etibarlı olacaq və mavi işarə üçün üzvlük tələb olunacaq. Bundan əlavə, "Twitter"də çoxdan gözlənilən mətn redaktə imkanı da bu istifadəçilər üçün əlçatan olacaq. Bir çox istifadəçi isə redaktə düyməsinin pullu imtiyaz deyil, ictimai olması lazım olduğunu iddia edir.
"Sensor Tower" analitik firmasının məlumatları göstərir ki, Twitter tətbiqi bu günə qədər tətbiqdaxili alışlarda cəmi 6,4 milyon dollar qazanıb, "Blue" isə ən çox satın alınan məhsuldur. Mask ümid edir ki, yeni abunə planı bundan daha yaxşı işləyəcək. O, həmçinin ödənişlərin yaradıcılar üçün gəlir axınına çevrilə biləcəyini proqnozlaşdırır. Mask əvvəllər demişdi ki, gəlirlilik onun prioriteti deyil. Lakin gəlirinin 90 faizini reklamlardan əldə edən "Twitter", "Silikon Vadisi" qonşuları "Meta" (Facebook, Instagram və WhatsApp-ın ana şirkəti) və "Google"dan qat-qat az gəlirlidir.
"Twitter"də mavi təsdiq nişanları olan təxminən 400 min hesabın olduğu təxmin edilir. "Twitter" CEO-su da 8 dollarlıq qiymətin alıcılıq paritetinə nisbətdə ölkədən ölkəyə dəyişəcəyini açıqlayıb. Qiymətlərin hansı ölkədə nə qədər olacağı bilinməsə də, 400 min istifadəçidən orta hesabla 8 dollar alınarsa, "Twitter" bu yeni prosesdən aylıq 3,2 milyon, illik isə 38,4 milyon dollar qazanmış olacaq. Bütün bu müzakirələr davam edərkən, İlon Maskın "Twitter"də işçilərinin əksəriyyətini işdən çıxaracağı xəbərləri texnologiya mediasında yer almağa davam edir. "Washington Post", Maskın şirkətdəki işçi qüvvəsinin təxminən 75 faizini ixtisar etməyi planlaşdırdığını söyləyib. Musk iddiaları rədd etsə də, "Washington Post" gələn ilin sonuna qədər "Twitter"də əhəmiyyətli ixtisarların aparılmasının və əmək haqqının təxminən 800 milyon dollar azaldılmasının hədəfləndiyini bildirir.
Mütəxəssislərin fikrincə, bu, sosial media tətbiqində təhlükəsizliyi azaldacaq, "Twitter" istifadəçiləri hücumlara və uşaq pornoqrafiyası kimi mənfi məzmuna daha çox məruz qalacaqlar.
Məhəmməd Tağıyev