Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin bu gün keçirilən iclasında bir çox önəmli qərarlar qəbul edilib. Onlardan biri də tanınmış jurnalist Seyfəddin Hüseynlinin yeni vəzifəyə təyin edilməsidir.
AYB-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Seyfəddin Hüseynli bu gündən etibarən Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, jurnalın əvvəlki baş redaktoru tanınmış şair Səlim Babullaoğlu idi.