Qazax rayonunda Rusiya vətəndaşının avtomobilindən silah-sursat aşkar edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də şəhər ərazisində Rusiya Federasiyası vətəndaşı Gülçin Yolçiyevə məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, 1 ədəd güllə darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.