
Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 1994-сü il təvəllüdlü Rəşad Mirzağa oğlu Əsgərov Xaçmaz rayonu, Çarxı kənd ərazisindəki süni göldə batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
R.Əsgərovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:30-da başa çatıb.



