Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometirliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.
Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunublar.
Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
-------------------
Dünən saat 15:00 radələrində Siyəzən rayonunda yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlmata görə, əsən külək yanğının geniş ərazilərə keçməsinə səbəb olub.
Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondunu da əhatə edib. Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri və yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin yerli qurumlarının və FHN-nin əməkdaşları, həmçinin rayonun yerli qurumlarının nümayəndələri cəlb olunublar.
İlkin məlumata görə, yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.