Gəncə şəhərindəki “Qazaxlar” məscidində yanğın baş verib.
Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Təbriz küçəsində yerləşən Qazaxlar məscidində olan meyit yuyulan yerdə yanğın baş verib.
Dərhal əraziyə 4 yanğın söndürən avtomobil cəlb edilib. Məlumata görə 4 kvadrat metr çardaq hissə yansa da, alovun yayılmasının qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, bəlli deyil. Araşdırma aparılır.