|
|
|
|

İBRAHİMXƏLİL
Zəlzələ
Dağ saxlamaz onun körpə sinəsi...
...qara lenti qara gecə bağlayır.
Dodağında bir "Zəlzələ" surəsi!? -
bu körpənin dərdi türkcə ağlayır.
Bu səhəri zəlzələylə açılıb...
...dağların da ağrıları çənnəndi.
Günahları bağışlayan Allahım! -
beton altda duaları Sənnəndi!
Göy üzünə nələr yazır gözləri
aşağıdan yuxarıya "yağış"la!
Dodağında bir "Zəlzələ" surəsi!
...söz tutmayan dodaqlara bağışla;
bir də o boş otaqlara, Allahım;
bir də donmuş yarpaqlara, Allahım!



