
Bakıda intihar hadisəsi baş verib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx çimərliyində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 55 yaşlı kişi bədəninə daş bağlayaraq özünü intihar məqsədi ilə dənizə atıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



