Bu gün Xaçmaz rayonu ərazisində bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. Araba ilə şəxsi təsərrüfatından ot gətirən 1955-ci il təvəllüdlü kənd sakini Abdullayev Eyvaz Balavi oğlunun başına ağac budağı düşüb. O, hadisə yerində dünyasını dəyişib.