|
|
|
|

Ukrayna liderinin Yaponiyanın bu ay planlaşdırdığı G7 onlayn Liderlər Sammitində iştirak edə biləcəyi bildirilib.
525.az xəbər verir ki, müddətli sədr Yaponiya, Rusiya-Ukrayna böhranının birinci ildönümündə fevralın 24-də G7 liderləri ilə onlayn görüşməyə hazırlaşır. Yaponiya milli mətbuatı Ukrayna prezidenti Vladimir Zelenskinin də sammitdə iştirak etməyə hazır olduğunu yazıb. Sammitdə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı qətiyyət və həmrəylik mesajlarının verilməsi hədəflənir.
Qeyd edək ki, ABŞ, Almaniya, Avropa İttifaqı (Aİ), Fransa, İngiltərə, İtaliya və Kanada liderlərinin qatılacağı sammitdə Ukrayna ilə bağlı əməkdaşlıq gücləndiriləcək, enerji sahəsində sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Məhəmməd Tağıyev



