|
|
|
|

Rusiya Fransa Prezidenti Emmanuel Makronun “Rusiyanın məğlub olduğunu görmək istəməsinə” cavab olaraq “Napoleon Bonapartı unutmamağa” çağırıb.
525.az xəbər verir ki, Makron “Le Journal du Dimanche” qəzetinə Rusiyanın Ukraynada məğlub olmasını istədiyini deyib.
“Fransa Makronla başlamayıb və dövlət səviyyəsində hörmət edilən Napoleonun qalıqları Parisin mərkəzindədir ona baxıb keçmişi xatırlasınlar”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavabında bildirib.
Zaxarova bu sözlərlə Qərbin Makronun dəfələrlə Rusiya administrasiyası ilə danışıqlara cəhd etməsi səbəbilə Rusiyada rejim dəyişikliyi ilə bağlı müzakirələrə girdiyinə diqqət çəkib. Makron Ukrayna və Rusiya arasındakı müharibə ilə bağlı siyasəti ilə bağlı qarışıq mesajlar verdiyi üçün bəzi NATO müttəfiqlərinin tənqidinə tuş gəlib.
Qeyd edək ki, cümə günü Fransa Prezidenti Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb, rejimin dəyişilməsinə inanmadığını və danışıqların nə vaxtsa baş tutmalı olduğunu deyib.
Malik Atilay



