|
|
|
|

NATO-nun baş katibi Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin bu gün daha çox müharibələrə hazırlaşdığını açıq şəkildə göstərdiyini bildirib.
525.az xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Aİ-nin ali nümayəndəsi Xosep Borrellə keçirdiyi mətbuat konfransında danışıb. Stoltenberq: "Putin bu gün açıq şəkildə bildirdi ki, o, daha çox müharibələrə hazırlaşır. Biz Ukraynanı müharibədə qalib gəlmək üçün lazım olan hər şeylə təmin etməliyik", - deyib.
Qeyd edək ki, Rusiyanın təcavüzkar olduğunu və heç kimin Rusiyaya hücum etmədiyini vurğulayan Stoltenberq Çinin Rusiya müharibəsinə dəstək verməyi planlaşdırdığını bildirib.
Məhəmməd Tağıyev



