|
|
|
|

Rusiya ABŞ-nin Moskvadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ni Ukrayna münaqişəsində iştirakını artırmaqda ittiham edib. Nazirlik ABŞ-nin "Şimal axını" boru kəmərində baş verən partlayışlarla bağlı izahat verməli olduğunu bildirib.
Bundan əlavə, ABŞ-nin sözügedən partlayışlarla bağlı istintaqa müdaxilə etməməsi lazım olduğu vurğulanıb.
Məhəmməd Tağıyev



