|
|
|
|

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin sərhədlərindən təhlükəni uzaqlaşdırmaq üçün Ukraynaya hücumlarını davam etdirəcəyini bildirib.
525.az xəbər verir ki, Rusiya lideri Putin bu barədə xalqa müaricəti zamanı deyib. O bildirib ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil. "Ukraynaya nə qədər çox uzaqmənzilli silahlar göndərilsə, təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdıracağıq", - deyə o qeyd edib.
Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibənin birinci ilinə günlər qalmış Federal Məclis üzvlərinə xitabən Putin qeyd edib ki, Ukraynada gərginliyin artmasına görə məsuliyyəti tamamilə Qərb daşıyır.
Qeyd edək ki, Putin bütün dünyada əhəmiyyətli dəyişikliklərin yaşandığı bir vaxtda Rusiya üçün çətin və çox vacib bir dövr yaşadıqlarını bildirib.
Havar Şəfiyeva



