Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrının aparıcı aktyorlarından lan Eynəli Nurullayev vəfat edib.
Lent.az-ın məlumatına görə, Nurullayev Eynəli Bilal oğlu 1947-ci ildə Lənkəranın Darquba kəndində anadan olub.
1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib, lə həmin vaxtdan başlayaraq, uzun illər H. Ərəblinski adına Lənkəran rayon xalq teatrına rəhbərlik edib.
1973-cü ildən ömrünün sonunacan N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb. Eynulla Nurullayev 100-dən artıq obraza səhnə həyatı vermişdir.
Aktyor son dəfə iyulun 6-da, “Əcnəbi kürəkən” tamaşasında oynadığı bələdiyyə sədri rolu ilə səhnədə olub.