|
|
|
|

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ilə sülhün əldə olunması üçün şərtləri deyib.
525.az xəbər verir ki, bu barədə fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı bildirib. Zaxarovanın sözlərinə görə, Moskva həmişə danışıqlar prosesindən son fürsətə kimi istifadə edir. Bununla belə, o qeyd edib ki, bu halda bütün imkanlar sınanıb və tükənib.
“Tez sülh üçün yalnız Qərbin və müvafiq olaraq Kiyevin siyasi iradəsi lazımdır. Amma biz bunu müşahidə etmirik”, - deyən Zaxarova, Moskvanın Kiyevdən fərqli olaraq heç vaxt dialoqdan və münaqişənin həlli üçün diplomatik yolların axtarışından imtina etmədiyini deyib.
Xatırladaq ki, Kreml Kiyevin Moskva ilə danışıqları 2022-ci ilin yazında dayandırdığını bildirib.
Havar Şəfiyeva



