|
|
|
|

“Əməliyyat” başa çatarsa, Rusiyanın məhv olacağını bildirən Rusiyanın keçmiş Baş naziri Dmitri Medvedev: “ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə bitəcək”, - deyib.
525.az xəbər verir ki, Rusiyanın keçmiş Baş naziri Dmitri Medvedev ABŞ-nin Rusiyanı məğlub etməyə çalışdığını bəyan edib.
“ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, bəllidir ki, biz dünya münaqişəsinin astanasındayıq. Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var. Rusiya qalib gəlmədən əməliyyatı dayandırsa, o zaman Rusiya var olmayacaq, parçalanacaq. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə başa çatacaq”, - deyə Medvedev bildirib.
Həmçinin, Medvedevin bəyanatı ABŞ Prezidenti Co Baydenin Polşanın paytaxtı Varşavada verdiyi bəyanata da bənzəyir. Bayden Varşavada verdiyi bəyanatda: "Rusiya işğalı dayandırsa, müharibə sona çatacaq, lakin ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq”, - deyə ABŞ Prezidenti bildirmişdi.
Fərid Sançar



