|
|
|
|

Yaponiya mübahisəli Dokdo/Takeşima adalarının “öz torpaq parçası” olduğu tezisini gücləndirmək üçün keçirilən mərasimdə “həlledici diplomatiya” mesajını verib.
525.az xəbər verir ki, Koreya Respublikası Yaponiyanın Seuldakı səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz edib.
Nazirlər Kabineti Aparatının üzvü Nakano Hideyuki fevralın 22-də Şimanenin qərb sahil əyalətinin paytaxtı Matsue şəhərində keçirilən mərasimdə iştirak edib. Mərasimdə “Koreya Respublikasının zorla başlatdığı Takeşimaya işğalı əsassız və qanunsuzdur” ifadəsini işlədən Nakano, problemin həlli üçün “qərarlı və dinc diplomatik səyləri davam etdirəcəklərini” bildirib.
Şimane vilayətinin qubernatoru Maruyama Tatsuya isə Koreya Respublikası rəsmilərinin adalara səfərlərini “olduqca uğursuz” adlandırıb və problemin həlli üçün Tokio-Seul danışıqlarına ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu paytaxtda keçirdiyi mətbuat konfransında: "Tarixi faktlara və ya beynəlxalq hüquqa baxın, Takeşima açıq şəkildə Yaponiyanın daxili hissəsidir", - deyib.
Malik Atilay



