
Astara rayonunda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 10-da rayonunun Ərçivan kəndində kənd sakini Teymur Baxşıyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Ruslan Şahverdiyevə ayaq nahiyəsindən xəsarət yetirib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub. T.Baxşıyevin hadisəni törədərkən istifadə etdiyi tüfəng, habelə 1 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.



