
ABŞ Çin ilə Suverenlik münaqişəsində olan Tayvan üçün "F-16 Fighter" təyyarələrində istifadə olunan 619 milyon dollar dəyərində raketlərin satışını təsdiqləyib.
525.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasına görə, "AGM-88B HARM" tipli 100 anti-radar raketi ilə "Amraam" tipi 200 raketin Tayvana satışı təsdiqlənib. Cəmi 619 milyon dollara başa gələcək satışda, Tayvanın hava hücumundan qorunma qabiliyyəti, regional təhlükəsizlik və ABŞ ilə birgə əməliyyatın artırılacağı vurğulanıb.
ABŞ-nin hazırladığı "F-16" döyüş təyyarələrində istifadə olunan raketlər və avadanlıqlar "Raytheon" və "Lockheed Martin" ABŞ müdafiə şirkətləri tərəfindən istehsal olunur.
Qeyd edək ki, Çin Ticarət Nazirliyi, əvvəlki silah satışına görə iki şirkətə idxal və ixrac qadağası qoymuşdu.

Məhəmməd Tağıyev



