
Almaniya Kansleri Olaf Şolts ölkəsinin Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyini təkrarlayaraq: "Putinin imperializmi qəbul edilməməlidir”, - deyib.
525.az xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı: "Rusiya hələ də hərbi qələbəyə ümid edir. Amma bu qələbə baş tutmayacaq, çünki biz və tərəfdaşlarımız Ukraynanı dəstəkləməyə davam edirik", - deyə bildirib.
Rusiya Prezidenti Vladimir Putinin öz prinsiplərinə sadiq qalaraq ədalətli sülh danışıqları aparmaq istəmədiyini müdafiə edən Solts: "Putinin imperializmi qəbul edilməməlidir. Putin imperialist hədəflərini çat bilməyəcəyini nə qədər tez anlayarsa, müharibəyə son qoymaq şansı da o qədər artar. Məhz bu səbəbdən də Ukraynanın yanındayıq”, - bildirib.
Şolts, həmçinin Rusiyanın Ukraynanı işğalının qarşısını almaq üçün ölkəsinin silah tədarükü ilə bağlı tənqidləri də rədd edib: “Həm “birdaha Berlində müharibəyə yox” deyərək qışqırıb, həm də Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edərək sülh yarada bilməzsiniz”, - deyə Almaniya Kansleri qeyd edib.
Fərid Sançar



