
Ukrayna Prezidenti Volodimir Zelenski braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefon danışığı aparıb.
525.az xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter“ hesabında məlumat yayıb.
O, Ukraynanı dəstəklədiyinə görə Lula da Silvaya təşəkkür edib.
“Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasının vacibliyini qeyd etdik", - Zelenski qeyd edib.
Havar Şəfiyeva



