|
|
|
|

Belarus məhkəməsi 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Bialiatskini 10 il müddətinə azadlıqdan məhrum edib.
525.az "Belta" xəbər agentliyinin məlumatına istinadən bildirir ki, Minsk məhkəməsi belaruslu olmayan “Vesna” hüquq müdafiə təşkilatının rəhbərlərinə qarşı iş üzrə qərar qəbul edib. Bialiatski və digər inzibatçıların “qaçaqmalçılıq” və “ictimai asayişi ciddi şəkildə pozan hərəkətlərə hazırlıq və təşkilatlanma” maddələri ilə ittiham olunduğu iş üzrə məhkəmə təqsirləndirilən şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrum edib.
Buna əsasən, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Bialiatski 10 il, Valentin Stefanoviç 9 il, Vladimir Labkoviç 7 il, iclasda iştirak etməyən Dmitri Solovyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Dərc edildikdən sonra 10 gün ərzində qərardan şikayət verilə bilər.
Qeyd edək ki, 2022-ci il üçün Nobel Sülh Mükafatı belaruslu hüquq müdafiəçisi Ales Bialiatskiyə və Rusiya və Ukraynadan olan insan haqları təşkilatları Memorial və Vətəndaş Azadlıqları Mərkəzinə verilib.
Malik Atilay



