Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 10-da Bərdə rayonu Əyricə kəndində kənd sakini Ələkbər Nəbiyevin evində qızları Sevinc, Samirə, Aytac, habelə qardaşının qızları Buluza və Əsmər qidadan (paytaxt salatı) zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.