|
|
|
|

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qırğız xalqının qədim eposunahəsr olunmuş "Manas Günü" təşkil edilib.Tədbir çərçivəsində Fond tərəfindən Azərbaycan və Qırğız dillərində nəşr olunan tanınmış alim, şair Adil Cəmilin "Manas"eposu və türk dastançılıq ənənəsi" kitabının təqdimat mərasimi keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevatədbiri giriş sözü ilə açaraq, çoxəsrlik türk xalqlarının dastanlarının və eposlarının ümumtürk şifahi ədəbiyyatı ilə yanaşı, dünyanın ən zəngin folklor nümunələri arasında yer almasından bəhs edib.Fondun prezidenti "Manas" eposunu qırğız xalqının mənəviyyatı kimi dəyərləndirərək, vurğulayıb: "Manas qırğız xalqının daxili aləmini, fikrini, düşüncəsini yənimilli kimliyini əks etdirir. Eyni zamanda, Manas qırğızların gücüdür. Çünki eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zamankı istəyiözünü göstərməkdədir. Digər tərəfdən, Manas irsdir. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq, nəsillərdən nəsillərəötürülən mirasdır. Və nəhayət, Manas Türk Dünyasını birləşdirənamildir".Günay Əfəndiyeva 1995-ci ildə Bişkekdə "Manas" dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə Ümummilli lider Heydər Əliyevin söylədiyi:"Manas kimi ölməz dastanlarımız bütün bəşəriyyətin əbədi sərvətidir. Nə dərəcədə Manas qırğız xalqınındır, o dərəcə də Manas Azərbaycan xalqınındır. Manas bütün türk xalqlarına məxsusdur",- fikirlərini xatırladıb.Fondun prezidenti rəhbərlik etdiyi təşkilat tərəfindən müasir dövrdə "Manas"ın dərindən öyrənilməsi yönündətanınmış alim Adil Cəmilinyazdığı kitabın türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədi daşıdığını bildirib.
Tədbirdə çıxış edən Qırğız Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi TaalatbekMasadıkov bildirib ki, "Manas" dünya epos sənətinin zirvələrindən biridir.O,dastanda toplanan, əcdadlardan miras qalan nadir dəyərlərin, biliklərin qorunub saxlanılmasının və nəsildən-nəslə ötürülməsinintürk xalqlarına mütərəqqi inkişafını davam etdirməyə imkan yaratdığını vurğulayıb.T.Masadıkov təşkilat tərəfindən çap edilən kitabıntəkcə qırğız xalqının deyil, bütün türk dünyasının mədəniyyətinin, adət-ənənələrinin, ruhunun öyrənilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Qırğız Respublikasının səfiri Kairat Osmanaliev çıxışında "Manas"ın elmi tədqiqinin və digər xalqların dastanları ilə müqayisəli təhlilinin hər zaman aktual olduğunu qeyd edib. SəfirTürk Dünyasının ortaq irsinin yaşadılması yönündə Fond tərəfindən aparılan işlərin əhəmiyyətinə toxunaraq, kitabıtürk folklorunun xüsusiyyətlərinin öyrənilməsində önəmli mənbə kimi dəyərləndirib.
Tədbirdə akademik Nizami Cəfərov, TÜRKSOY-un nümayəndəsi Kanat Mambetaliyev, akademik Muxtar İmanov, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi Həsən Həsənov çıxış edərək, kitabın Azərbaycan və Qırğız xalqları arasında qardaşlıq bağlarının daha da gücləndirilməsində mühüm rolunu vurğulayıblar.
Kitabın müəllifi Adil Cəmil türk kitabələrinin qorunmasının, tanıdılmasının Türk xalqlarının qədim düşüncə və təfəkkürünün gələcək nəsillərə ötürülməsi istiqamətində önəmli rolunu nəzərə çatdırıb. O,uzun zamandan bəri üzərində çalışdığı əsərin yüksək səviyyədə tərtibatı və təqdimatı üçün Fond və Qırğızıstanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına Hərbi İnstitutun kursantı, Manasçı Emirtemir Tolonov "Manas" dastanından parçalar səsləndirib.Azərbaycanın Əməkdar incəsənət xadimi Sahib Paşazadə vəSaule Osmonaliyeva tərəfindən Qırğızıstanın milli musiqiləri və mahnıları ifa olunub. Qırğız mətbəxindən nümunələr təqdim edilib.





