APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisində 1999-cu il təvəllüdlü Əmirağa Rza oğlu Rzayev Akkuşa çayında çimərkən batıb.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Ə.Rzayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.