Belarus prezidenti Aleksandr Lukaşenko İrana rəsmi səfərə gedib.
525.az APA-ya istinadən xəbər verir ki, prezidentin təyyarəsi Mehrabad beynəlxalq hava limanına enib.
Sabah Aleksandr Lukaşenko Tehranda İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.
Bundan əvvəl dövlət başçıları 2021-ci il sentyabrın 16-da Düşənbədə və bir il sonra Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri çərçivəsində görüşüblər.
Bu, Belarus prezidentinin İrana üçüncü səfəridir.
Sonuncu səfər 17 il əvvəl baş verib.