Ukrayna təxminən 6 aydır Xarkovda tərk edilmiş binalarda gizləndiyi bildirilən rus əsgərinin tutulduğunu açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən 42 yaşlı əsgər polis qrupları tərəfindən Kupyansk-Vuzlovıy rayonunun kəndlərində patrul xidməti apararkən saxlanılıb.
Əsgərin Rusiyanın 27-ci Qvardiya motoatıcı briqadasından olduğu açıqlanıb.
“Saxlanılan şəxs Ukrayna Silahlı Qüvvələri tərəfindən Kupyansk vilayətinin azad edilməsindən sonra gizləndiyini iddia edib”, - Ukrayna polisinin bəyanatında deyilib. Mülki geyimdə şəkli paylaşılan şəxsin 6 ay necə gizləndiyi hələlik məlum deyil.
Malik Atilay