|
|
|
|

Prezident Emmanuel Makron bildirib ki, Fransa diplomatik xidməti yenidən təchiz olunmalıdır.
525.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
“Mən diplomatiyamızın ambisiyalarımıza uyğun olaraq tamamilə yenidən silahlanmasını istəyirəm. Yaxın 4 ildə Xarici İşlər Nazirliyinin ştatı 700 nəfər artırılacaq, mən də onun büdcəsini 20%, 7,9 milyard avroya qədər artırmaq qərarına gəldim", - deyə Makron bildirib.
Prezident, xüsusən də Ukrayna münaqişəsi fonunda müstəqil və ardıcıl diplomatiyanı davam etdirəcəyinə söz verib. Onun fikrincə, qarşıdakı illər və aylar Avropa və onun strateji muxtariyyəti üçün həlledici olacaq. Çünki, 2024-cü il Ukraynadakı münaqişə üçün əsas il olacaq.
Bundan əlavə, Makron qeyd edib ki, Aİ və ABŞ-də 2024-cü ildə keçiriləcək seçkilər hazırda yenidən formalaşdırılan dünya demokratiyasının gücünü göstərəcək.
Havar Şəfiyeva



